Konqres tarixi
Konqres 30 aprel-2 may 2026-cı il tarixləri arasında keçiriləcəkdir.
Konqresin keçiriləcəyi yer
“Baku Marriott Hotel Boulevard”, Konqres Mərkəzi
Hava limanı məsafəsi: 23 km
Transfer vaxtı: 30 dəqiqə
Konqresin gündəliyi
Tezislərin təqdim edilməsinin başlanma tarixi: 6 Yanvar 2026
Tezislərin təqdim edilməsi üçün son tarix: 31 Mart 2026
Tezis nəticələrinin elanı: 13 Aprel 2026
Konqres dili
Konqresin rəsmi dili azərbaycan dilidir (ingilis dilində ediləcək çıxışlar sinxron olaraq tərcümə ediləcəkdir).
Stend və Sərgi sahələri
Əczaçılıq sənayesi və əlaqəli cihaz şirkətlərinin iştirak edəcəyi stendlər və sərgi sahələri 30 aprel-2 may 2026-cı il tarixləri arasında aşağıda göstərilən vaxtlarda iştirakçılar üçün açıq olacaq.
30 aprel 2026: 08:00 – 18:00
01 may 2026: 08:00 – 18:00
02 may 2026: 08:00 – 18:00
Yaxa kartı
Təhlükəsizlik baxımından bütün iştirakçılardan 30 aprel-2 may 2026-cı il tarixləri arasında Konqres Mərkəzinin girişində, elmi sessiya və nahar zamanı, stend sahələrində və digər sosial proqramlarda yaxa kartlarını taxmaları xahiş olunur.
Dəvət məktubu
Konqres Təşkilat Komitəsi istək əsasında iştirakçılara rəsmi dəvət məktubu göndərəcəkdir. Bu dəvət məktubu iştirakçının konqresdə iştirak etmək üçün ehtiyac duyduğu maliyyə dəstəyi, viza dəstəyi və ya icazə alması məqsədilə istifadə edilə bilər. Bu, Təşkilat Komitəsinin iştirakçılara maliyyə dəstəyi verməsi anlamına gəlmir. Dəvət məktubu iştirakçı konqresdə qeydiyyatdan keçdikdən sonra göndərilə bilər.
Konqresdə iştirak sertifikatı
Sertifikatlar konqresin bağlanış mərasimində təqdim ediləcəkdir.
Təşkilat katibliyi
Təşkilat Komitəsi Mice Baku şirkətini Konqresin rəsmi agenti təyin edib. Konqres çərçivəsində hər hansı müraciətiniz üçün Mice Baku (congress@micebaku.com) ilə əlaqə saxlamağınızı xahiş edirik.
Təşkilati katiblik: Ali Kapucu
Qeydiyyat: Ayşən Teymurova
Telefon: +994 99 885 23 07
Sponsorluq: Günay Ələkbərli
Telefon: +994 55 885 23 05
